Mojo.az Banner
20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda rayon mərkəzi çirkab sularına qərq olub - VİDEOREPORTAJ

28.07.2020 17:40 1 315
Azərbaycanda rayon mərkəzi çirkab sularına qərq olub - VİDEOREPORTAJ
Xoşagəlməz mənzərə, üfunət dolu çirkab suları Kürdəmir rayonu, Soltan Şıxəliyev küçəsindədir.

Baku TV xəbər verir ki, həmin küçədə kanalizasiya xətti olmadığından çirkab suları küçəyə axıdılır.

Bu isə böyükdən kiçiyə hamını narahat edir.

Yerli sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, dərdlərinə çarə tapan olmayıb.

“Azərsu” ASC-nin 2 nömrəli Regional Su-kanal İdarəsinin Kürdəmir su-kanal sahəsindən bildirdilər ki, Kürdəmir şəhəri üzrə doqquz kilometr uzunluğunda kanalizasiya xətti var.

1977-ci ildə çəkilən xəttin tamamilə yararsız halda olması səbəbindən 2015-ci ildə dövlət dəstəyi ilə 800 metr, hazırda “Azərsu”nun daxili imkanları hesabına isə 600 metr məsafədə yeni xətt çəkilir. Soltan Şıxəliyev küçəsinə gəldikdə isə...

Ümid edək ki, ərazidə yeni kanalizasiya xətləri çəkilənə qədər sakinlər üçün alternativ xətt çəkilər və bu insanlar üfunətli çirkab sularından canlarını qurtara bilərlər.скачать dle 11.3
Mojo.az Banner