"Bu hərəkət mədəniyyətimizə qara ləkədir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |     18:16 AFFA cərimələri artıracaq, klublara dəstək ödənişi azaldılacaq  |     17:58 Məhkəmə Əziz Orucovla bağlı qərar verib  |     17:45 Qızıl qiymətləri ABŞ-Çin danışıqları fonunda enib  |     17:31 Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb  |     17:20 XƏBƏRDARLIQ - Bu tarixədək hava PİS KEÇƏCƏK - Sulu QAR yağacaq  |     17:13 Erməni deputat: "Varlıların uşaqları hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar"  |     16:46 Roma Papası Türkiyəyə səfər edəcək  |     16:37 Zərərçəkmiş: "Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər"  |     16:15 Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edilir  |     15:50 İlham Əliyev yeni rektor TƏYİN ETDİ  |     15:32 Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub  |     15:30 Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO  |     15:26 Azərbaycandan Pakistan və Hindistana reyslər mərhələli şəkildə bərpa edilir  |     15:14 Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub  |     14:38 Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi  |     14:36 Rusiya ordusu Donetsk vilayətində qəsəbə üzərində nəzarəti ələ keçirdi  |    

"Bu hərəkət mədəniyyətimizə qara ləkədir"

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

Median.Az xəbər verir ki, sənətçi aparıcıların proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara verdiyi suallara əsəbiləşib.

"Bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı,15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir. Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi, dedi nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, ordakılar tapmadı. Bircə, Xatun dedi ki, Nazpərinin səsidir. Bu, hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar, Şövkət Ələkbərova, Nazpəri... Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki... O, oxuduğu mahnıdan xəbərsizdir, dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 05.05.25 22:25