Mojo.az — elanlar
Son Xəbərlər
15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |    
Mojo.az Avto
Mojo.az Avto

HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək

12.05.2025 18:44 780
HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək
HAMAS 2023-cü ilin oktyabr ayından Qəzzada saxlanılan ikili vətəndaşlığı (ABŞ-İsrail) olan əsir Edan Aleksandrı bu gün azad edəcək.

Bu barədə HAMAS açıqlama yayıb.

Bildirilib ki, İsrail əsilli amerikalı əsir Edan Aleksandrın azad edilməsi Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutacaq. Onun bu gün mərasimsiz şəkildə sərbəst buraxılması planlaşdırılır.

Qeyd edək ki, HAMAS ötən gün Edan Aleksandrın azad ediləcəyini açıqlamışdı.

Məlumata görə, Edan Aleksandrın azad edilməsi üçün ABŞ və HAMAS arasında danışıqlar son 5 gün ərzində aparılıb.

"Atəşkəs üçün davam edən vasitəçilik səyləri çərçivəsində HAMAS son günlər ABŞ administrasiyası ilə əlaqə saxlayıb və böyük pozitivlik nümayiş etdirir. İsrail əsgəri Edan Aleksandrın azad edilməsi atəşkəsə nail olmaq, keçidləri açmaq və Qəzzaya yardıma icazə vermək üçün atılan addımların bir hissəsi olacaq”, - HAMAS-ın bəyanatında qeyd olunub.

HAMAS həmçinin bu müddət ərzində vasitəçilik edən Qətər, Misir və Türkiyənin səylərini yüksək qiymətləndirdiyini bəyan edib.

\apa

Son xəbərlər