Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni deputat: "Varlıların uşaqları hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar"

12.05.2025 17:13 1 305
Erməni deputat:
"Ermənistanda hərbi xidmətdən yayınan şəxslər arasında ölkənin ən böyük vergi ödəyicilərinin - yəni iri biznes sahiblərinin övladları da yer alır".

Median.Az
-ın erməni KİV-ə istinadən məlumatına görə, bu barədə hakim Vətəndaş Sazişi fraksiyasından olan deputat Ayk Sarqsyan mətbuat konfransında bildirib.

O bu informasiyanı Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə apardığı işgüzar müzakirələr zamanı əldə etdiyini bildirib.

Deputatın sözlərinə görə, bir çox iri biznes təmsilçilərinin övladları, adları ölkənin ilk min vergi ödəyicisi sırasında keçən ailələrdən olan gənclər, hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar.

"Orduda əsasən imkansız ailələrin uşaqları xidmət edirsə və bu, sosial ədalətsizliyə səbəb olursa, biz bu məsələni Müdafiə Nazirliyinin nümayəndələri ilə aparılan işçi müzakirələrdə qaldırırıq. Onlar deyirlər ki, çox zaman böyük sərvətə sahib olan və ən iri vergi ödəyicilərinin sırasına daxil olan ailələrin üzvləri hərbi xidmətə çağırılmır. Biz aydınlaşdırmalıyıq: bu şəxslər həqiqətən səhhətinə görəmi xidmət etmirlər, yoxsa müxtəlif yollarla yayınırlar?" - deyə Sarqsyan vurğulayıb.

Əvvəllər məlumat verilmişdi ki, Sarqsyan ordudan qanuni "satın alma" tətbiq etmək təklifini irəli sürüb. Təşəbbüsə görə, çağırışçılar üç variantdan birini seçə bilərlər: 20 milyon dram (təxminən 50 min dollar) ödəməklə bir ay xidmət keçmək, 15 milyon dram (təxminən 40 min dollar) ödəməklə altı ay xidmət etmək və ya tam müddəti - 24 ayı xidmət etmək, bu zaman digər kateqoriyalar tərəfindən ödənilən vəsait hesabına artırılmış təminat almaq.
//oxu.az

Son xəbərlər