Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO

12.05.2025 13:24 804
İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO
Quba rayon Alpan kənd sakini Rəsulov Xaləddin Ələddin oğlunun yeni inşa olunan fərdi yaşayış sahəsi rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.

Sfera.az-a müraciət edən X.Rəsulovun dediyinə görə, çıxarış alınan xüsusi mülkiyyətində olan 4 sot torpaq sahəsində fərdi yaşayış sahəsi tikilib. Evin tikintisinin başa çatmasına və dam örtüyünün vurulmasına baxmayaraq tikili icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.

Quba rayon sakininin sözlərinə görə, 25.10.25-ci il tarixində rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun göstərişi ilə bildiriş verilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən protokol yazılıb və 500 manat cərimə olunub. Üç gün sonra, yəni 28.10.2025-ci il tarixində heç bir məhkəmə və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi olmadan ev sökdürülüb. Rayon sakini üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidentinə şikayət məktubu da ünvanlayıb:

"Cənab Prezidentə bu barədə müraciət etdikdən sonra İ.Mahmudov məhkəmə və FHN-dən köhnə tarixlə qərar almaq istəsə də, bu mümkünsüz olub. Çünki protokol və bildirişi başqa tarixə dəyişməsi mümkün olmayıb. Çarəsiz qalan İ.Mahmudov 28.10.2025-ci il tarixində sökdüyü evə özünü müdafiə üçün 31.10.25-ci ildə, yəni söküntüdən 3 gün sonra FHN-nə tədbir görülməsi üçün müraciət edib. FHN isə söküntüdən 23 gün sonra 20.11.25-ci il tarixində olmayan tikinti üçün sənədləşməsinə 6 ay vaxt verərək dayandırma qərarı qəbul edib".

Rayon sakini üzləşdiyi vəziyyətlə əlaqədar Respublika Baş Prokrorluğana müraciət edib. Lakin bu müraciət cavabsız qalıb: "Belə ki, müraciətdən 76 gün sonra Quba rayon prokuroru sifarişli qərar verir. Qərara əsasən, evi Quba rayon icra hakimiyyəti yox, vətəndaş özü söküb. İnzibati məhkəməyə müraciət olunsa da, Quba icra hakimiyyətindən heç kim məhkəmə prosesində iştirak etməyib, məhkəməyə hörmətsizlik edib".

Son xəbərlər