Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkiblər" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 "Qızımı pul qarşılığında manyak qaçırıb" - Bakıda ŞOK OLAY  |     22:57 Azərbaycanda traktor istehsalı 12 faizdən çox aşağı düşüb  |     22:51 “OpenAI” “ChatGPT” mobil tətbiqindən nə qədər qazanır? - Açıqlandı  |     22:44 “Amazon”da ən çox rast gəlinən 5 fırıldaq  |     22:38 Köhnə "İPhone" satmaq əvəzinə necə təhlükəsizlik kamerasına çevirə bilərik?  |     22:30 Rusiyada 5,3 maqnitudada zəlzələ baş verib  |     22:25 Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     22:19 “Şamaxı” klubu yeni məşqçilərlə anlaşıb  |     22:11 Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək  |     22:04 Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib  |     21:59 Dünyanın ən gözəl qadınlarından biri qalmaqala səbəb oldu  |     21:50 Avropa liderləri Ukraynaya görə toplanır  |     21:45 “Qalatasaray” Ederson üçün təklif göndərdi  |     21:39 Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu  |     21:33 Əri vasitəsilə Putinə məktub göndərdi  |     21:24 Türkiyədə yanğına görə kənd sakinləri təxliyə edilib  |     20:40 Putin: "Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır"  |     20:13 Ərdoğan Alyaska sammitinə münasibət bildirdi  |     20:05 Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi - HƏBS EDİLDİ  |     19:58 Allahverdi Yolçuyev: "Əliqismət Lalayev dedi ki, Xalq artisti olsaydın, səni işə götürərdim"  |    

Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkiblər"

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli "Opel" markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, onun ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən olunub.

İstintaq zamanı məlum olub ki, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

Qönçənin ifadəsindən hadisənin digər təfərrüatı da məlum olub.

"Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqifgilə dedim. Vaqifgil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən - "Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram", - deməsini tələb edirdi. Xaliq demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar", - deyə Qönçə hadisə barədə danışarkən deyib.

Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib:

"Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda dəyənəklə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə - "necədir? Yaxşıdır? Yoxsa bir az da döyüm?" - deyirdi. Qönçə - "bəsdir", - cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu - "mənim şəkərim var, baxa bilmərəm", - dedi".

Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda "şəmkirli" deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş:

"Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə - "barmağını kəsin", - dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb - "ya barmağın, ya pul", - dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım bir az qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik marixuana verəcək, həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar".

Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və "bundan da betər olacaqsan", - deyə mesaj yazılıb.

Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış...

Məhkəmənin hökmü ilə Vaqif 9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 12.05.25 12:35