Rusiyanın "Mərkəz" qoşun qruplaşmasının bölmələri Donetsk vilayətinin Kotlyarovka qəsəbəsini nəzarət altına alıb.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Donetsk vilayətinin Kotlyarovka yaşayış məntəqəsi "Mərkəz" qoşun qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində nəzarətə götürülüb", - deyə nazirliyin bəyanatında bildirilib.