Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı

12.05.2025 12:27 1 215
Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı
ABŞ Prezidenti Donald Tramp "ABC News"un jurnalisti Marta Raddatsın yeni Roma Papası XIV Leonun seçilməsi prosesində onun hansı rol oynadığı ilə bağlı verdiyi suala kəskin etirazını bildirib.

Siyasətçi bununla bağlı özünün "Truth" şəbəkəsindəki hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, bu sual tamamilə yersizdir və Tramp mövzusuna aludə olmuş bir zehindən qaynaqlanır.

Tramp, həmçinin xatırladıb ki, ABŞ-də keçirilmiş prezident seçkisində ölkənin müxtəlif bölgələrində katolik seçicilərin əhəmiyyətli hissəsi - 54 faizi ona səs verib.

Xatırladaq ki, Tramp daha əvvəl amerikalının yeni Roma Papası seçilməsini ABŞ üçün "böyük şərəf" adlandırmışdı. Bundan bir qədər əvvəl isə prezident özünün Papa geyimində olan fotosunu sosial şəbəkədə paylaşmış, bu isə Vatikanın tənqidləri ilə qarşılanmışdı.

Qeyd edək ki, yeni Papa Prevo Konklavda kardinallar tərəfindən keçirilən səsvermə nəticəsində Roma Papası seçilərək tarixdə 267-ci Papa olub. O, Müqəddəs Taxta rəhbərlik edən ilk amerikalıdır.скачать dle 11.3
Mojo.az Banner