Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin tikintisinə başlanılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |     13:49 Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub  |     13:46 Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz - MÜHÜM QƏRAR  |     13:16 Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu  |     13:15 Milli Məclis Səudiyyə Ərəbistanı ilə bağlı memorandumu TƏSDİQLƏDİ  |     13:10 17 kq marixuana aşkarlandı: Əməliyyat yerindən görüntülər - VİDEO  |     12:55 Ukraynada hökumətin yaxın günlərdə istefası gözlənilir  |     12:54 Tovuzda narkokuryerlər saxlanılıblar  |     12:51 Daha bir futbolçu avtomobil qəzası keçirib - Vəziyyəti kritikdir  |     12:50 Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaqlar  |     12:49 Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır  |     12:33 Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi  |     12:31 "Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək  |     12:11 Professorun oğlu faciəli şəkildə öldü - FOTO  |    

Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin tikintisinə başlanılır

Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərmemarlayihə” Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidənqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.

Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərinin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 008 13.02.24 12:16