Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

03.07.2025 19:01 1 182
“Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib.

Median.Az
ASCO-ya istinadən xəbər verir ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib. Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb.

“Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Gəmidə müasir “NAVTEX” avadanlığı, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, girokompas və sürət ölçən Laq avadanlığı quraşdırılıb.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana yenilənib.

Təmirdən sonra dəniz sınağından uğurla keçən tankerin ilk səfəri Türkmənistanın "Türkmənbaşı" limanına olub.

Bildirilir ki, uzunluğu 141,9, eni 16,84 metr olan “Xocavənd” gəmisinin yükgötürmə qabiliyyəti 8 min tondur.

Son xəbərlər