Mojo.az Banner
21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dədə Qorqud" tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub

02.09.2025 18:28 885
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Dədə Qorqud" tankeri təmir olunub.

Bu barədə ASCO-dan bildirilib.

Məlumata əsasən, təmir zamanı gəminin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmləri, baş göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, gəmi üzrə bütün klapanlar bərpa olunub, ağac emalı, gövdə-qaynaq və elektrik-quraşdırma işləri həyata keçirilib.

Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst "MF/HF" tipli stasionar radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış hissələri yeniləri ilə əvəzlənib.

Təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.

Qeyd edək ki, "Dədə Qorqud" tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.скачать dle 11.3
Mojo.az Banner