Arvadın xalatında gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmaları üzə çıxdı - Suraxanıdakı qətlin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?  |     22:31 Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir  |     22:25 Krımda rusların unikal peyk avadanlığı məhv edildi  |     22:16 Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı  |     22:08 Astarada 10 aylıq körpə hərarətdən öldü  |     22:00 Boksçu Co Baqner vəfat etdi  |     21:55 Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar  |     21:46 Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO  |     21:41 Gözəl bir təbəssüm üçün lazım olan vitaminlər hansılardır?  |     21:33 İsmayıllıda ayılar kənddə göründü - VİDEO  |     21:32 Amerikada təyyarələr havada toqquşdu - Ölən və yaralılar var  |     21:25 Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"  |     21:15 Husilər İsrailin neft tankerini vurublar  |     21:07 Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı  |     21:01 Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar  |     20:56 "Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib  |     20:50 Sidneydə naməlum şəxs avtomobili Rusiya konsulluğuna çırpıb  |     20:42 Ərzaq təhlükəsizliyində yeni mərhələ: Azərbaycanın buğda idxalı coğrafiyası dəyişir - ARAŞDIRMA  |     20:37 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     20:29 Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib  |    

Arvadın xalatında gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmaları üzə çıxdı - Suraxanıdakı qətlin təfərrüatı

Bakı Apellyasiya Məhkəməsində Tural Kazımovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Həmin nömrəyə Tural adlı şəxsdən zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib. Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb ki, cavab versin. 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. Maya ağzı üstə döşəməyə yıxılıb.Sonra qardaşı Vüsala və Məhəmmədə zəng vurub, Mayanı öldürdüyünü bildirərək, evə gəlmələrini deyib. Məhəmməd evə gəlib təcili yardıma zəng vurub, həkimlər gələrək arvadının öldüyünü təsdiq ediblər. Sonra Vüsalla birlikdə bölməyə gedib.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən dövlət ittihamçısı protest, məhkum isə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.(Publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 598 10.08.19 22:39