Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı

15.07.2019 19:47 1 939
“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı
Rusiyanın mobil operatorlarından biri olan "Meqafon" şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.

Median.Az
Trend-ə istinadən bildirir ki, Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, "Meqafon" Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma "Dağlıq Qarabağı" müstəqil dövlət kimi göstərib.

Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb.

Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə "Meqafon" şirkətinin cavabı belə olub: "Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir."

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində "Meqafon" şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.

Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının "Meqafon" şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.

Xatırladaq ki, "Meqafon" Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan "Qarabağ Telekom" şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.скачать dle 11.3
Mojo.az Banner