Mojo.az Banner
22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |     17:27 Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar  |     16:19 750 əyarlı 5 qram ağırlığında qızıl üzüklər 50 manat ucuzlaşdı  |     16:14 Dəniz duzunun adi duzdan daha sağlam olmasının səbəbi nədir?  |     16:05 Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi  |     15:58 Xalq artistinin anası vəfat etdi  |     15:53 Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir  |     15:47 Azərbaycanda bu avtomobillərin xüsusi tanınma nişanı olacaq  |     15:39 Sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyənləşir  |    
Left Banner
Right Banner

Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO

18.02.2019 20:30 3 096
Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO
25-28 fevral tarixlərində Moskvada “CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır.

Median.Az-ın media.az-a istinadən verdiyi məlumatına görə, saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) “Dağlıq Qarabağ Respublikası” adı peyda olur.

Halbuki tədbirin keçirildiyi ölkə, yəni Rusiya Federasiyası, dünyanın digər ölkələri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

Qeyd etmək lazımdır ki, bu sərgi Almaniyanın “Messe Düseldorf Moskva” MMC şirkəti və “İgedo Company” şirkəti tərəfindən təşkil olunub.

CPM sərgisi Rusiyanın paytaxtı Moskvada ildə iki dəfə keçirilir. Ekspo mərkəzdə keçirilən sərgidə “CPM Premium”, “CPM accessoires & shoes” və “CPM Body& Beach” seqmentlərində yaradılmış 1418-ə yaxın kolleksiya ilə tanış olmaq üçün 21 min nəfərdən çox (sahə ilə əlaqəsi olan) qonaq iştirak edir. Beynəlxalq tədbiri səkkiz televiziya və radio kanalı və təxminən 300 beynəlxalq jurnalist işıqlandırır.

Bu barədə Azərbaycan Respublikasının Rusiya və Almaniyadakı səfirlikləri məlumatlandırılıb. Həmçinin, Rusiyadakı diaspor təşkilatların nəzərinə çatdırılıb.

Azərbaycan XİN mətbuat xidməti məsələni araşdırıb, qısa zamanda məlumat verməyə söz verib.
Bu arada, Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiya şirkətlərinin vaxtaşırı olaraq öz ölkələrinin qanunvericiliyini pozduğunu və Qarabağı ayrıca respublika kimi göstərdiyini diqqətə çatdırıb.

“Yuxarıda qeyd olunan hadisədən başqa, bir gün əvvəl daha iki analoji halla da qarşılaşmışıq. Mobil rabitə xidmətləri göstərən Rusiya telekommunikasiya şirkəti “Meqafon”un saytında – zənglərin tarifləri bölməsində digər ölkələr bəndində “Dağlıq Qarabağ” göstərilib. Azərbaycan isə ayrı qeyd olunub.

Bundan başqa, “Vostok” dövlət muzeyinin Qafqaza həsr olunmuş zalında xəritə asılıb. Həmin xəritədə “Dağlıq Qarabağ” və onun “paytaxtı” Xankəndi ayrıca göstərilib. Biz hər şeyi muzey əməkdaşlarına izah etdik, bu barədə şikayət və təkliflər kitabında qeydlər apardıq. Bizimlə əlaqə saxlayacaqlarına və məsələni çərşənbə axşamına kimi müzakirə edəcəklərinə söz verdilər. Biz dövlət muzeyinə və “Meqafon” şirkətinə müvafiq məktub göndərəcəyik.

Sərgiyə gəlincə, onun təşkilatçıları ilə əlaqə yaradıb, situasiyanı aydınlaşdırmağa çalışacağıq. Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Ancaq nədənsə Rusiya ərazisində fəaliyyət göstərən şirkətlər, qanunları pozmağı və bu ölkədə yaşayan və ölkə üçün çalışan azərbaycanlıların heysiyyətinə toxunmağı özlərinə rəva bilirlər”, - deyə Ş.Tağıyev bildirib.

скачать dle 11.3
Mojo.az Banner