Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda oğurluğa görə 17 nəfər saxlanılıb

02.02.2019 15:17 19 424
Paytaxtda oğurluğa görə 17 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov saxlanılıb. Məlum olub ki, o yanvarın 28- və 29-da C.Naxçıvanski küçəsində 3 qadının çantalarından və ciblərindən mobil telefonlarını oğurlayıb.

Bundan başqa, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də “Mercedes” markalı avtomobildən 1200 manat pul oğurlayan Cəlilabad rayon sakini R.Dadaşov saxlanılıb.

Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılıb, şəxsi axtarış zamanı üzərindən 1,3 qram heroin aşkar edilib. Araşdırma zamanı tutulan şəxsin, yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı avtomlobillərdən, şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması müəyyən edilib.

Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evdən 1400 metr elektrik naqili oğurlayan Lerik rayon sakini, S.Xanməmmədov saxlanılıb.

Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 10-dan 28-dək olan müddətdə, Nardaran qəsəbəsindəki bağ evindən məişət əşyaları oğurlayan paytaxt sakinləri E.Qəhramanov və N.Quliyev, yanvarın 29-da rayon ərazindəki evlərin birindən 1500 dollar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənəliyeva saxlanılıblar.

Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 28-də Bülbülə qəsəbəsində 290 metr rabitə kabelini oğurlayan Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.

Yasamal RPİ 28-ci polis bölməsi və Şamaxı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan İ.Səlimov saxlanılıb. Arasdırma zamanı onun, evlərin birindən 1000 manat və mobil telefon oğurlaması məlum olub.

Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini C.İsmayılovun mobil telefonunu oğurlayan paytaxt sakini C.Hüseynov, yanvarın 28-də Binəqədi qəsəbəsi ərazisindəki şirkətdən 36 metr metal boru oğurlayan Bakı şəhər sakini F.Miriyev saxlanılıblar.

Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 30 metr elektrik naqili və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səmədov saxlanılıb.

Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanovun “Honda” markalı avtomobilindən məişət əşyaları oğurlayan paytaxt sakini A.Cahangirov saxlanılıb.

Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də köşkdən tütün məmulatı oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Məmmədov və M.Nəcəfquliyev saxlanılıblar.

Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən ötən il dekabrın 11-də həyətlərin birindən velosiped oğurlayan Bakı şəhər sakini H.Fərzəliyev, dekabrın 23-də “Daewoo” markalı avtomobilin faralarını və akkumulyatorunu oğurlayan Bakı şəhər sakini R.Babayev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner