Mojo.az Banner
12:19 UEFA "Benfika"nı cəzalandırdı  |     12:16 Kapitan Vüsal Sadıqov həbsdə qaldı  |     12:11 Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video  |     12:06 Bakıda yeniyetmə evində ölü tapıldı  |     11:55 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - Video  |     11:41 Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi  |     11:21 Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb  |     11:16 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU  |     23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |     22:06 İran daha bir boğazı bağlamaqla hədələyir  |     22:01 KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır  |     21:23 Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı  |    
Left Banner
Right Banner

Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA

13.12.2018 14:15 1 549
Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA
Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə gətirilən kolbasa məhsulları ilə bağlı xəbərlər yayılır. İddialara əsasən, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan ölkələrdə kolbasa “poroşok”lardan - protein tozundan hazırlanır. Bu üsulların Azərbaycanda da tətbiqi iddia edilir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov oxu.az-a bildirib ki, Azərbaycanda istehsal olunan kolbasa məhsullarına insan sağlamlığını təhlükəyə atacaq kimyəvi maddələr qatılması sahibkarlara xeyir gətirmir:

“Xaricdən ölkəyə gətirilən kolbasaların tərkibində insan orqanizminə ziyanlı olan qatqılar üstünlük təşkil edir. Çünki onların tez xarab olmaması üçün kolbasalara kimyəvi qatqılar çox vurulur. Kolbasanın istehsalında “poroşok”lardan istifadə olunması zərərli deyil.

Sadəcə, burada ətin miqdarı az olur. Buna görə də əhali xarici ölkənin məhsullarından istifadəyə üstünlük verməməlidir. Azərbaycanda kolbasa məhsulları istehsal edən 35-ə yaxın müəssisə var. Ölkədə ətdən kolbasa istehsal edən şirkətlər var və standartlara cavab verir”.

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda metro çıxışlarında etiketi olmayan kolbasa məhsullarına da rast gəlinir:

“Bu cür ərzaqların tərkibində heyvanların dərisi, ayaqları, başı və digər tullantılardan xammal kimi istifadə edilib”.

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.

Həmçinin, kolbasa məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların kolbasa məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun sözlərinə görə, ölkəyə idxal olunan qida məhsullarına birbaşa Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir: “Sənədlər, agentliyi tərəfindən verilən sertifikat müvafiq gömrük orqanına təqdim olunduqdan sonra ərzaq məhsullarının ölkəyə idxalına icazə verilir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib.

Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.
скачать dle 11.3
Mojo.az Banner