Mojo.az — elanlar
Son Xəbərlər
16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

30.10.2025 12:45 759
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”
Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində - “Tarqovıy” məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq “Tarqovıy”da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb.

Məsələnin üstü açılandan sonra İradənin atası polisə şikayət edib və İbrahim barəsində cinayət işi açılıb. Cinayət işi üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə qızın atası övladının tələyə düşdüyünü deyib: “Qızım sağlam olaraq anadan olub və böyüyüb, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyib, travma almayıb, ailədə ondan bir yaş kiçik qızım da var. Sadəcə dünyanın bəlası olan mobil telefon və internet uşaqların tərbiyəsini pozmaqdadır. Bunun qurbanı olan qızım da axmaq bir adamın tələsinə düşüb. İbrahim adlı şəxs bundan istifadə edərək qızım İradəni ailə qurmaq adı ilə aldadıb, onunla cinsi əlaqədə olub. Həmçinin etibarından sui-istifadə edərək hədiyyə olunmuş əmlakını ələ keçirib. Biz İbrahimə ağır cəza verilməsini, vurulmuş maddi-mənəvi zərərin ödənilməsini tələb edirik”.

Nəsimi Rayon Məhkəməsi İbrahim Məhərrəmovu Cinayət Məcəlləsinin 152.1 və 178.2.4-cü (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və dələduzluq) maddələri ilə təqsirli bilib. Ona 3 il 6 ay həbs cəzası verilib.

Məhkəmə mülki iddia tələbini də qismən təmin edib. İ.Məhərrəmovdan maddi ziyana görə 8272 manat, mənəvi ziyana görə 3000 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 175.40 manat, ümumilikdə 11 447.40 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsin xeyrinə ödəniləcək.

Son xəbərlər