Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı işdən çıxarıldı

12.09.2024 18:22 1 089
Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı işdən çıxarıldı
Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub. Bakı şəhərində yaşayan oğlan bir dəfə Gəncəyə gedərək orada 9-cu sinif şagirdi olan qızla görüşüb. Bir neçə gün sonra isə Aytac S.Quliyevə zəng edərək Bakıda nənəsigildə olduğunu, evdə anası tərəfindən sıxıldığını və qaçmaq istədiyini deyib.

O, Aytacın olduğu yerə gedərək onu götürüb və paytaxtın mərkəzində "Tarqovıy" adlanan əraziyə gətirib. Burada o, yetkinlik yaşına çatmamış qızla hotellərdən birinə daxil olaraq nömrə icarəyə götürüb.

Bundan sonra S.Quliyevlə Aytac dəniz kənarına gediblər və oğlan orada qızı tərk edib. Tək qalan qız daha sonra bacısı ilə əlaqə saxlayaraq yerini bildirib. Ailəsinin yanına qayıtdıqdan sonra S.Quliyevin ona qarşı etdikləri barədə danışıb və polisə şikayət ərizəsi ilə müraciət edilib.

Cinayət işi açıldıqdan sonra hoteldə araşdırma aparılıb və kamera görüntüləri əldə edilib. Yetkinlik yaşına çatmayan qızı qeydiyyatsız hotelə buraxan qeydiyyatçı R.Ə.-nin əmək müqaviləsinə xitam verilib.

Son xəbərlər