Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müəllimin hamilə qoyduğu 15 yaşlı qızla cinsi əlaqəyə görə daha bir nəfər həbs edildi

15.08.2020 18:24 1 991
Azərbaycanda müəllimin hamilə qoyduğu 15 yaşlı qızla cinsi əlaqəyə görə daha bir nəfər həbs edildi
Lerik rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib.

Bu barədə Report-a vəkil Tükəzban Aşurova məlumat verib.

Onun sözlərinə görə, Lerik rayonu Kirəvud kənd sakini, 1999-cu il təvəllüdlü Ə.S. barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.

Vəkil bildirib ki, ittihamı əsassız hesab edir və müdafiə etdiyi şəxs barəsində həbs qərarından apellyasiya şikayəti verib.

T.Aşurova deyib ki, Ə.S. bir müddət əvvəl Lerikdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən Şəfahət Məmmədov adlı şəxsin işində zərərçəkmiş şəxs olan eyni qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir.

Həmçinin, cinayət işində başqa zərərçəkmişlər də var.

Qeyd edək ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsiri bilinən Şəfahət Məmmədov Lerik Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.скачать dle 11.3

Son xəbərlər