Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

30.10.2025 15:01 3 711
Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır.

Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.

Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.

2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir.

Median.Az xəbər verir ki, axar.az-ın məlumatına görə, "söyüş blogerləri"nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır.

Qeyd edək ki, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə məlumatı millət vəkili Elman Nəsirov da təsdiqləyib. Millət vəkili TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

E.Nəsirov bu sözləri xüsusi əminliklə və vurğu ilə təkrarlayıb. Bu isə millət vəkilinin siyasi proqnozundan daha çox, hüquqi və siyasi proseslər haqda bilgisindən xəbər verir.скачать dle 11.3
Mojo.az Banner