Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

26.09.2026 21:40 576
Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə “Nature” jurnalında dərc olunan araşdırmada yer alıb.

Yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yəni təxminən 56–52 milyon il əvvələ aiddir. Onların qalıqları Asiya, Şimali Amerika, Avropa və Avstraliya da daxil olmaqla müxtəlif qitələrdə tapılıb.

Həmin dövrdə bu heyvanlar artıq uçmaq qabiliyyətinə malik olub, bəzi növlər isə exolokasiyadan istifadə edib.

Uçuş qabiliyyətinin və səs vasitəsilə istiqamətlənmənin necə yarandığını müəyyən etmək üçün alimlər ən qədim ortaq əcdadın harada yaşadığını və yarasalar arasındakı qohumluq əlaqələrini araşdırıblar.

Hazırda dünyada 1,5 mindən çox yarasa növü mövcuddur. Bu, bütün müasir məməlilərin növ müxtəlifliyinin 20 faizindən çoxunu təşkil edir.

Tədqiqat zamanı alimlər riyazi modeldən istifadə edərək 103 növün genomunu təhlil ediblər. Onlardan 42-nin genomu tam şəkildə deşifrə olunub. Araşdırmaya tanınmış 21 yarasa fəsiləsinin hamısının nümayəndələri daxil edilib.

Genetik məlumatlar 65 növün, o cümlədən 21 müasir və 44 fosil növün anatomik xüsusiyyətləri və sümük quruluşu ilə bağlı məlumatlarla tamamlanıb.

Əvvəlcə alimlər 699 əlaməti müqayisə ediblər. Daha sonra nəticələrin təhrif olunmaması üçün təkrarlanan və bir-birindən asılı parametrlər siyahıdan çıxarılıb.

Əldə edilən təkamül ağacı tapılmış qalıqların yaşı nəzərə alınmaqla tarixləndirilib. Yarasaların yayılma marşrutları müəyyən edilərkən qitələrin qədim dövrlərdəki yerləşməsi və bu heyvanların uzun məsafələri qət etmək qabiliyyəti də nəzərə alınıb.

Təhlil göstərib ki, paleosen dövrünün sonunda bütün yarasaların ortaq əcdadı Avropada yaşayıb. Daha sonra onun nəsilləri Afrikaya köçüb. Buradan isə müxtəlif təkamül xətləri bir-birindən asılı olmayaraq Asiya, Amerika və Avstraliyaya yayılıb.

Yarasaların əsas təkamül qolları təxminən 56 milyon il əvvəl, Yer kürəsində kəskin istiləşmənin baş verdiyi dövrdə ayrılıb.

Tədqiqatçılar bildirirlər ki, hər bir təkamül xəttinin inkişaf tarixi fərqli olub. Müasir yarasaların iki əsas qolundan birinin formalaşmasını isə alimlər heyvanların Afrikaya erkən yayılması ilə əlaqələndiriblər.
//lent.az

Son xəbərlər