Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

26.09.2026 22:32 525
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib.

Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib.

Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri başlayıb və günlərin birində xanım Fəxrəddini yaşadığı evə çağırıb. Qadın gecə saatlarında Çomaxtur kəndində yaşadığı evin həyət darvazasını açıq qoyub və sevgilisindən gecə saat 02 radələrində gəlməsini xahiş edib. Fəxrəddin mağazadan 2 litr pivə alaraq xanımın ora gəlib. O, həyətə daxil olarkən it hürməyə başlayıb. Bu vaxt xanımın babası, 1948-ci il təvəllüdlü Vaqif Rzayev (soyad şərtidir - red.) həyətə çıxıb. Fəxrəddin onu görərək pəncərədən xanımın yatdığı otağa daxil olub. Həyətdə kiminsə olduğunu hiss edən V.Rzayev nəvəsindən şübhələnərək onun yatdığı otağın qapısını döyüb. Lakin xanım qorxusundan qapını açmayıb, Fəxrəddin isə çarpayının altında gizlənib.

Vaqif mətbəxdən bıçaq qotürüb və nəvəsinin otağının qapını qıraraq açıb. O, otaqda kiminsə olduğunu soruşduqda nəvəsi bunu inkar edib. Nəvəsinə inanmayan Vaqif çarpayının altında gizlənən Fəxrəddini aşkarlayıb və ona bədəninin müxtəlif nahiyələrindən 30-dan artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Səsə gələn digər ailə üzvləri Fəxrəddini onun əlindən alaraq xəstəxanaya çatdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə baba saxlanılaraq istintaqa təhvil verilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

Son xəbərlər