Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azadlığa çıxan kişi sevgilisini döydü, yenidən həbs olundu

03.12.2025 14:10 459
Azadlığa çıxan kişi sevgilisini döydü, yenidən həbs olundu
Masallıda həbsdən çıxan kişi sevgilisini döyüb.

Hadisə Masallı şəhəri, Bakı prospektində baş verib.

1990-cı il təvəllüdlü Ceyhun Məmmədov (ad və soyad şərtidir) Bakıda oğurluğa görə məhkum edilib. O, 2 il 4 ay cəza çəkəndən sonra şərti azadlığa buraxılıb və yenidən rayona qayıdıb. C.Məmmədov Masallıda Günel adlı qızla tanış olub və sevgi münasibətləri yaşayıb. O, Güneli Masallı rayonu ərazisindəki kafelərdən birinə işə düzəldib.

Ceyhun hər axşam kafeyə gələrək, Günelin iş vaxtının bitməsini gözləyib və onu götürüb evlərinə düşürüb.

Bir neçə gün öncə Ceyhun kafeyə gələndə Güneli sərxoş vəziyyətdə görüb. Məlum olub ki, Günel kafeyə gələn müştərilərlə birlikdə spirtli içki qəbul edib. O, Günelə irad bildirdikdə qadın onu təhqir edib və ondan ayrılmaq istədiyini bildirib.

Bir müddətdən sonra Günellə Ceyhun kafedən çıxaraq piyada evlərinə getməyə başlayıblar. Yolda cütlük arasında yenidən mübahisə başlayıb və Günel sərxoş olduğu üçün yenidən Ceyhunu təhqir edib. Nəticədə Ceyhun qadını döyməyə başlayıb. O, qadını yerə yıxaraq, başını asfalta vurub.

Hadisə yerinə polis əməkdaşları gəliblər, C.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və C.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Masallı Rayon Məhkəməsində tərəflər arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib və C.Məmmədov azadlığa buraxılıb.
//oxu.az

Son xəbərlər