Mojo.az Banner
18:18 Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü  |     18:14 Əli Əsədovdan sahibkarlarla bağlı YENİ QƏRAR  |     18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |    
Left Banner
Right Banner

Bakıda restoranda dava - Müğənni sevgilisini döydü

14.11.2025 11:01 441
Bakıda restoranda dava - Müğənni sevgilisini döydü
Bakıda müğənni oğlan restoranda sevgilisini döyüb.

Median.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki "Həyat" restoranında baş verib.

Orada müğənni işləyən Nahid Qasımov (ad və soyad şərtidir) restorana müştəri kimi gələn Rəhimə adlı qadınla tanış olur. Bir müddət danışandan sonra onların arasında sevgi münasibətləri yaranır və onlar sevgili olurlar. Rəhimə Nahidə "iPhone 14" markalı telefon da hədiyyə edir. Bir müddətdən sonra onların arasında mübahisə yaranır və ayrılırlar.

Hadisədən bir neçə gün sonra Rəhimə Nahidi görmək üçün yenidən onun müğənni işlədiyi restorana gəlib və özünə spirtli içki sifariş verib. Rəhiməni restoranda görən Nahid ona yaxınlaşıb salamlaşıb və yenidən oxumağa başlayıb. Rəhimə Nahid üçün də spirtli içki göndərib və hesabını özü ödəyib. Elə bu vaxt Nahidə restoranda müştəri olan digər qadın yaxınlaşıbr və ona musiqi sifariş verib.

Qadının Nahidlə səmimi rəftarını görən Rəhimə ona yaxınlaşaraq irad bildirib və ona hədiyyə verdiyi telefonu geri istəyib. Nahid əsəbiləşərək telefonu yerə çırparaq sındırıb, Rəhiməni isə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Nahid saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə isitintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan işə xitam verilib, Nahid məsuliyyətdən azad olunub.
скачать dle 11.3
Mojo.az Banner