Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları

26.09.2026 20:29 369
Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Sənəddə dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi göstərilib.

Bir şagird üçün dövlət nə qədər pul ayıra bilər? Məktəblərin büdcəsi şagird sayından asılı olacaq? Az şagirdli məktəbləri nə gözləyir?

Median.Az xəbər verir ki, bu barədə Globalinfo.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli danışıb. O deyib ki, adam başına maliyyələşmə sistemində bütün məktəblər və şagirdlər üçün eyni, sabit məbləğ nəzərdə tutulmur:

“Fərmanda da qeyd edilir ki, təhsilin səviyyəsi və məktəbin növündən asılı olaraq artırma əmsalları tətbiq olunacaq. Yəni ibtidai sinif şagirdi ilə yuxarı sinifdə təhsil alan, laboratoriya, texnika və digər əlavə resurslara ehtiyacı olan şagirdin təhsil xərci eyni olmayacaq. Məbləği Nazirlər Kabineti bir ay ərzində təsdiqləyəcəyi qaydalarla müəyyənləşdirəcək”.

Ekspert bildirib ki, dünya təcrübəsi və mövcud təhsil büdcəsinin göstəricilərinə əsasən, bir şagirdə düşən illik xərc normativi təhsil səviyyəsi, məktəbin yerləşdiyi ərazi və ixtisaslaşma növündən asılı olaraq dəyişəcək:

“Burada əsas məqsəd yalnız sinfi maliyyələşdirmək deyil, şagirdin keyfiyyətli təhsil alması üçün zəruri infrastruktur və resursları təmin etməkdir. Modelin əsas prinsipi “maliyyə şagirdi izləyir” yanaşmasına əsaslanır. Əvvəllər maliyyələşmə əsasən məktəb binasının saxlanılması, avadanlıq və digər ümumi xərclərə yönəldilirdisə, yeni sistemdə məktəbin büdcəsi orada təhsil alan şagirdlərin sayına uyğun formalaşacaq”.

Ekspertin sözlərinə görə, bu dəyişiklik məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq:

“Valideyn və şagird məmnuniyyətini qazanan, təhsilin keyfiyyətini yüksəldən məktəblərə marağın artması gözlənilir. Şagird sayı çox olan məktəblər daha böyük büdcəyə sahib olacaq. Bu isə maddi-texniki bazanın yenilənməsi, müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və daha müasir tədris mühitinin yaradılması üçün imkan verə bilər.

Beləliklə, məktəb rəhbəri inzibati idarəçi olmaqla yanaşı, həm də təhsilin keyfiyyətini yüksəldən və mövcud maliyyə imkanlarını səmərəli idarə edən menecer kimi çıxış etməli olacaq. Eyni zamanda, adam başına maliyyələşməyə keçid az şagirdli və ya ucqar kənd məktəblərinin diqqətdən kənarda qalması, bağlanması demək deyil.

Prezidentin imzaladığı fərmanda prosesin mərhələli şəkildə həyata keçiriləcəyi, Elm və Təhsil Nazirliyinin isə hər il Maliyyə Nazirliyi ilə razılaşdırmaqla sistemə cəlb olunacaq məktəblərin siyahısını müəyyən edəcəyi qeyd olunur. Bu baxımdan şagird sayı az olan dağlıq və ucqar kənd məktəbləri üçün daha yüksək artırma əmsallarının tətbiqi mümkündür. Belə yanaşma həmin məktəblərin maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını ala bilər”.

Ə.Həsənli əlavə edib ki, dövlətin əsas prioritetlərindən biri hər bir vətəndaşın yaşadığı ərazidən asılı olmayaraq təhsil hüququnun təmin edilməsidir:

“Bu səbəbdən az şagirdli məktəblər üçün minimum baza maliyyələşməsi və ya xüsusi dəstək mexanizmlərinin saxlanılması nəzərdə tutula bilər. Bəzi hallarda isə bir-birinə yaxın ərazilərdə yerləşən və şagird sayı çox az olan məktəblərin resurslarının birləşdirilməsi, mərkəzləşdirilmiş məktəb modelinə keçilməsi, şagirdlərin daşınması sisteminin yaradılması gündəmə gələ bilər. Bu addımlar yalnız təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçiriləcək. Yekun olaraq, bu fərman Azərbaycan təhsilində resursların daha səmərəli və şəffaf bölüşdürülməsi, maliyyənin birbaşa şagirdin inkişafına yönəldilməsi baxımından mühüm addımdır”.

Son xəbərlər