"İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur" — AÇIQLAMA
Bunu açıqlamasında restorator Mahir Əhədzadə deyib.
O, bildirib ki, restoranlar dabaq xəstəliyinə qarşı əvvəlcədən də tədbir görürdülər:
"Normal restoranlar baytarlıq sertifikatı olan və nəzarət altında olan ət idxalçıları ilə işləyir. Xəstəlik yalnız bəzi restoranları daha məsuliyyətli və diqqətli olmağa çağırıb, amma ciddi strateji dəyişikliklər baş verməyib".
Onun sözlərinə görə, rəsmi qadağa yoxdur və bütün təsərrüfatlarda nəzarət altındadır:
"İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur, bu da təhlükəsizliyi təmin edir. Dabaq xəstəliyi restoranlarda menyuların tərkibinə ciddi təsir göstərməyib, sadəcə bəzi yerlərdə məsuliyyət və diqqət artırılıb".//demokrat.az