Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” — Seysmoloq

30.10.2025 21:52 384
Son vaxtlar bölgədə seysmiklik artıb. Ən vacib məqamlardan biri də odur ki, zəlzələlər yerin üst qatında baş verir və belə hallarda dağıntı riski daha çox olur.

Bunu açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.

O, bildirib ki, hazırda bölgədə baş verən seysmik proseslərin əsas səbəbi Afrika və Ərəbistan tektonik plitələrinin Avrasiya plitəsini sıxmasıdır:

"Bu prosesin əsas təsiri Türkiyənin üzərinə düşür. Ərəbistan yarımadasının hərəkəti nəticəsində Türkiyə ərazisində mütəmadi təkanlar baş verir. Bu proseslər dayanmayacaq, çünki plitələr hərəkətdədir və ildə təxminən 2–3 santimetr irəliləyirlər. Bu da davamlı zəlzələlərin əsas səbəbidir. Onların nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki bu proseslər minilliklər ərzində formalaşır. Gələcəkdə də bölgədə zəlzələlərin davam edəcəyi və fəsadlara səbəb ola biləcəyi istisna deyil".

Seysmoloq bildirib ki, Türkiyədə zəlzələlərin faciəvi nəticələrinin əsas səbəblərindən biri tikinti sektorundakı problemlərdir:

"Ölkədə çox sayda bina standartlara uyğun tikilmədiyi üçün hər təkan böyük dağıntılar yaradır. Buna görə də seysmik təhlükə baxımından Türkiyə hazırda əsas risk zonasında qalır.
Azərbaycanda isə hələlik güclü zəlzələlər gözlənilmir. Bununla belə, tikinti sektorunda təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Xüsusilə paytaxtda sıxlıq, planlaşdırma və şəhərdən çıxış məsələləri problemlidir. Güclü təkanlar baş verməsə belə, insanların təhlükəsiz ərazilərə vaxtında çıxışı çətin ola bilər. Bu səbəbdən məsələni indidən ciddi şəkildə nəzarətdə saxlamaq vacibdir".//demokrat.azскачать dle 11.3
Mojo.az Banner