Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Luvrdan oğurluq işi üzrə beş nəfər saxlanıldı (Yenilənib)

30.10.2025 12:57 1 131
Luvrdan oğurluq işi üzrə beş nəfər saxlanıldı (Yenilənib)
Fransa polisi oktyabrın 29-da Luvrdan oğurluq işi üzrə beş yeni şübhəli şəxsi saxlayıb.

Bu barədə RTL radiosu məlumat yayıb.

Onların hamısı dünən axşam saatlarında Parisin müxtəlif yerlərində saxlanılıblar.

LCI televiziya kanalı isə dörd yeni şübhəlinin saxlanılması barədə xəbər yayıb.

Saxlanılan şəxslərin hansı əməldə şübhəli bilindiyi və muzeydən oğurluqda birbaşa iştirak etməkdə ittiham olunan iki şübhəli ilə əlaqələri olub-olmadığı müəyyənləşdirilir.

* * * * *

Fransa polisi Parisdə Luvr muzeyini qarət etməkdə şübhəli bilinən üçüncü şəxsi də yaxalayıb.


Bu barədə məlumatı BFMTV telekanalı yayıb.

Bildirilir ki, şübhəli oktyabrın 29-da axşam saatlarında saxlanılıb və artıq müstəntiqlər tərəfindən dindirilib.

Qarətdə ümumən dörd nəfər şübhəli bilinir, onların ikisi oktyabrın 26-da saxlanılıb.

Xatırladaq ki, oktyabrın 19-da maskalı cinayətkarlar Luvra daxil olaraq İmperator kolleksiyasından doqquz eksponatı, o cümlədən Napoleona və onun həyat yoldaşı Jozefinaya məxsus zinət əşyalarını oğurlayıblar. Oğurluq nəticəsində dəymiş ziyan 88 milyon avro civarında qiymətləndirilir.

Son xəbərlər