Mojo.az Banner
19:36 Naxçıvanda bir sıra qurumlar birləşdi  |     19:14 Azər Qasımlı Qurbanəli Yusifovu övladları ilə hədələyib? - Məhkəmə istintaqı yekunlaşır  |     18:52 Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?  |     18:45 Azərbaycanda bir qrup şəxsə avtomobillər VERİLƏCƏK  |     18:38 Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"  |     18:30 AQTA şadlıq sarayında yoxlama keçirdi: İstehlakçıların aldadıldığı müəyyən edildi  |     18:17 Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb  |     18:14 Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi  |     18:00 Qubada Nizami parkının abadlıq işlərinin birinci mərhələsi üçün böyük məbləğ ayrıldı  |     17:42 Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı  |     17:37 Bakıda marşrut avtobusu qadını vurub  |     17:25 İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı  |     17:10 Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb (Video)  |     16:47 "Çörəyim səhnədən çıxır" - Yaşar Nurinin qızı cavab verdi  |     16:40 Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam  |     16:39 Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib  |     16:25 Üç vəzifəli şəxs cərimələndi  |     15:52 Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olundu  |     15:44 Kamran Əsədov işi: 11 abituriyent və pinəçi istintaqa çağırıldı (YENİ DETALLAR)  |     15:43 "Çelsi" unikal nailiyyətə imza atıb  |    
Left Banner
Right Banner

Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu

30.10.2025 20:41 219
Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu
Abşeron rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 8-də rayonun Saray qəsəbəsində baş verib.

Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid həmin gün saat 15 radələrində Saray qəsəbəsi, Duzgölu kənarında ailə üzvləri ilə birlikdə idarə etdiyi “Toyoto Prius” markalı avtomobili ilə hərəkətdə olarkən “VAZ 2105” markalı maşının sürücüsü Səfərin qəza şəraiti yaratdığına görə ailə üzvlərinin qorxmasını bəhanə edib və zərərçəkmiş şəxsin avtomobilini saxlatdırıb.

Bu zaman o, Səfər ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı özündən fiziki cəhətdən zəif və ahıl yaşlı zərərçəkmiş şəxsin sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 8-də, təxminən günorta saatlarında Duz gölünün kənarında avtomobillə hərəkətdə olarkən zərərçəkmiş şəxsin idarə etdiyi avtomobillə onun qarşısına keçib və qəza şəraiti yaradaraq, ötmə əməliyyatı həyata keçirib: “Mən qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa döndərdim. Həmin zaman avtomobilində olan həyat yoldaşım və azyaşlı oğlumun n başı qapıya dəyərək, əzildi. Bundan əsəb keçirdim və avtomobilini saxladım, digər avtomobildə oturaq halda olan sürücüyə yaxınlaşdım. İlk olaraq şillə ilə onun sifət nahiyəsindən vurdum. Daha sonra isə avtomobilinin kapotunu yumruqla bir dəfə vurdum. Daha sonra öz avtomobilimə əyləşərək oradan getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin baş verməsində özümü təqsirli bilərəm: “Hadisədən sonra dəfələrlə qohumlarım, qardaşım və özüm həmin şəxsdən üzr istəmişik. Əməlimdən peşman olduğumu zərərçəkmişə bildirmişəm və ona müəyyən maddi dəstək göstərmək istəmişəm. Lakin zərərçəkmiş şəxs üzrxaqlığı və maddi yardımı qəbul etməyib. Mənimlə barışmayacağını bildirib”.

İş üzrə zərərçəkmiş Səfərin sözlərinə görə, avqustun 8-də “VAZ 2105” markalı avtomobillə Duz gölü kənarındakı yolda hərəkətdə olarkən qarşısında olan “Toyoto Prius” markalı avtomobili ötmək istəyib: “Həmin avtomobili keçdikdən bir qədər sonra həmin sürücü qarşıma keçərək məni dayandırdı. Bundan sonra adını bildiyim Xalid mənə məxsus avtomobilə tərəf gəldi və mənə “bu necə maşın sürməkdir?” ifadəsini işlətdi. Sonra pəncərədən sifət nahiyəmə bir neçə dəfə yumruqla, sol qulaq nahiyəmə və ağız nahiyəmə xəsarət yetirdi. Həmin xəsarətlər nəticəsində mənim həm protezim, həm də əlimdə olan telefonum sındı. Xəsarət almama səbəb olan hərəkətlərlə kifayətlənməyən həmin şəxs maşınımı təpiklə vuraraq zədələdi. Bundan sonra avtomobilinə minərək, oranı tərk etdi. Mən ilk olaraq baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Daha sonra isə Saray Polis bölməsinə gedərək, şikayət ərizəsi yazdım. Hadisə nəticəsində mənə 10 min manat məbləğində maddi ziyan dəyib. Mənə vurulmuş maddi və mənəvi zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub.

Bundan başqa, onun həmin müddət ərzində saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməməsi tapşırılıb.

Əlavə olaraq ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifə öhdəliyi qoyulub.

Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etməsi və ya belə tədbirlərdə iştirak etməsi qadağan edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin olunub və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.скачать dle 11.3