Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisi oğurluğa görə 5 nəfəri saxlayıb

06.12.2018 18:58 7 034
Bakı polisi oğurluğa görə 5 nəfəri saxlayıb
Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də mağazadan 408 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hasilov saxlanılıb.

Bundan başqa, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il oktyabrın 16-da mağazadan 7 ədəd mobil telefon oğurlayan Masallı rayon sakini Rauf Salayev saxlanılıb.

Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən bu il avqustun 10-da paytaxt sakini bir nəfərin cibindən 500 manat oğurlayan Bakı şəhər sakini Rövşən Mirzəyev, dekabrın
4-də evlərin birindən 400 manat dəyərində qızıl boyunbağını oğurlayan Bakı şəhər sakini Cahangir Dövlətov saxlanılıblar.

Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də evdən 500 manat oğurlayan Cəbrayıl rayon sakini Aysel Şirinova saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Son xəbərlər