Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

18.11.2026 18:18 45
Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyi barədə bu gün səsləndirdiyi bəyanatla razıdır.

Median.Az
-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan bunu bu gün Milli Assambleyada çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu xətti Azərbaycanın dəmiryol şəbəkəsi ilə birləşdirilməlidir və bu səbəbdən texniki xüsusiyyətlər mütləq şəkildə uzlaşdırılmalıdır.

"Biz hesab edirik ki, dəmir yolumuz Azərbaycanın dəmir yolu ilə əlaqələndirilməlidir. Buna görə də həmin məsələlər və texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupu da məhz bu məqsədlə yaradılıb", - deyə baş nazir qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, TRIPP layihəsinin icrasının praktiki mərhələsinin ən mühüm hissələrindən biri cənub istiqamətində kommunikasiya xətlərinin çəkilişi üçün tələb olunan sərhəd sahələrinin demarkasiyası olacaq.

Paşinyan həmçinin sərhədyanı çayların istifadəsi məsələsində Ermənistanla Azərbaycanın necə əməkdaşlıq edəcəyinə aydınlıq gətirib. Məlum olduğu kimi, bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində baş tutan son görüşdə də müzakirə edilib.

Parlamentdəki hökumət saatı zamanı Paşinyan həmçinin deyib:

"Sülh gündəliyinin həyata keçirilməsi çərçivəsində hər iki dövlət sərhəd çaylarının sularından birgə istifadə məsələsində də əməkdaşlıq edə bilər və etməlidir. Hər iki ölkənin ərazisindən keçən çaylar, müəyyən ekoloji standartlar və s. mövcuddur. Bizim İran və Türkiyə ilə də bu cür əməkdaşlığımız var".

Paşinyan hazırda Azərbaycan tərəfi ilə işçi qruplarının formalaşdırıldığını, lakin hələlik heç bir görüşün keçirilmədiyini deyib.
//oxu.az

Son xəbərlər