Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük

17.09.2026 17:35 339
Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük
"Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin mətnini qəbul edib".

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və davamlılıq" forumundakı çıxışı zamanı səsləndirib.

Hökumət başçısının sözlərinə görə, İrəvan "mexaniki qarşılıqlılıq" prinsipindən imtina etmək qərarına gəldikdən sonra danışıqları yekunlaşdırmaq mümkün olub:

"Biz gördük ki, mövcud vəziyyətdə sülh sazişinin mətnini "pinq-ponq" vasitəsilə daha da yaxşılaşdırmaq qeyri-mümkündür".

Baş nazir vurğulayıb ki, müəyyən mərhələdə tərəflər seçim qarşısında qalıblar: ya hər təklifə qarşılıqlı cavab verərək köhnə sxem üzrə danışıqları davam etdirmək, ya da fərqli məntiqə keçmək. Ermənistan məhz ikinci variantı seçib.

Paşinyanın sözlərinə əsasən, rəsmi İrəvan həmin vaxt razılaşdırılmış mətnin imzalanacağı və ratifikasiya ediləcəyi təqdirdə ölkə üçün hansı nəticələrə gətirib çıxaracağını əsas götürüb:

"Biz özümüzə sadə bir sual verdik. Əgər həmin vaxt razılaşdırılmış sülh müqaviləsi mətnini götürüb onun imzalandığını və ratifikasiya olunduğunu təsəvvür etsək, bu, Ermənistan üçün problemlər yaradır, yoxsa onları həll edir? Vəziyyət daha yaxşı olacaq, yoxsa yox - və biz gördük ki, vəziyyət daha da yaxşılaşacaq. Bundan sonra mətnlə razılaşmaq qərarına gəldik".

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılıb.

TRIPP layihəsi Ermənistanın Sünik vilayəti ərazisindən keçməklə strateji tranzit dəhlizinin formalaşdırılmasını nəzərdə tutur.

Təşəbbüs iqtisadi xarakter daşıyır və buraya dəmir yolu, avtomobil magistralı, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin inşası daxildir. Layihənin icrası hərbi komponent olmadan, Ermənistan qanunvericiliyinə uyğun şəkildə ABŞ şirkəti tərəfindən həyata keçiriləcək.

Son xəbərlər