Mojo.az Banner
17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı universitetlər Bakıdan köçürüləcək?

18.03.2026 20:29 603
Hansı universitetlər Bakıdan köçürüləcək?
Azərbaycanda universitetlərin paytaxtdan bölgələrə köçürülməsi məsələsi yenidən gündəmə gəlib.

Bu mövzu bir neçə gün əvvəl parlamentdə Nazirlər Kabinetinin hesabatı zamanı da müzakirə olunub və uzun müddətdir cəmiyyətdə aktuallığını qoruyur.

Bütün ali təhsil müəssisələrinin Bakından çıxarılması real və məqsədəuyğun deyil. Universitetlər yalnız təhsil ocağı deyil, həm də şəhərlərin ictimai və mədəni mühitini formalaşdıran əsas mərkəzlərdən biridir. Buna görə də yanaşma selektiv və mərhələli olmalıdır.

Hazırda əsas problemlərdən biri ali məktəblərin böyük hissəsinin Bakıda cəmləşməsidir. Bu isə paytaxtda sıxlığın və nəqliyyat tıxaclarının artmasına təsir göstərir. Alternativ model kimi artıq bölgələrdə yeni təhsil ocaqlarının yaradılması diqqət çəkir. Məsələn, Qarabağda fəaliyyət göstərən universitetdə hazırda minlərlə tələbə təhsil alır və qəbul planının gələcəkdə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, bölgələrdə ali təhsil imkanları genişləndirilməli, qəbul planları tədricən artırılmalıdır. Eyni zamanda yeni universitetlərin yaradılması məsələsi də ciddi şəkildə araşdırılmalı, hansı bölgələrdə buna real ehtiyac olduğu müəyyənləşdirilməlidir.

Variantlardan biri kimi artıq fəaliyyət göstərən filialların bazasında müstəqil universitetlərin yaradılması təklif olunur. Zaqatala, Qazax kimi bölgələrdə mövcud olan filialların inkişaf etdirilərək ayrıca ali məktəbə çevrilməsi bu baxımdan mümkün hesab edilir.

Bununla yanaşı, mövcud infrastruktur problemləri də diqqət mərkəzindədir. Paytaxtdakı universitetlərin əksəriyyəti sovet dövründə tikildiyindən kampus sistemi formalaşmayıb. Bu isə həm tədris, həm də tələbə həyatı baxımından ciddi çətinliklər yaradır.

Gələcəkdə yaradılacaq və ya köçürüləcək universitetlər müasir kampus modeli əsasında qurulmalıdır. Buraya yeni tədris korpusları ilə yanaşı, yataqxanalar və tələbələr üçün bütün zəruri şəraitin yaradılması daxildir.скачать dle 11.3
Mojo.az Banner