Mojo.az Banner
13:51 20 manata görə sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU  |     13:49 Tanışını onun bacısının gözləri qarşısında öldürən şəxsin cəzası azaldıldı  |     13:08 Avtomobil qaz xəttinə çırpıldı, bir kənd qazsız qaldı  |     13:02 Xankəndidə tapdığı silah-sursatı evinə gətirən şəxs həbs edildi  |     12:53 Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?  |     12:49 Yeni ödəniş üsulu Bakıda bütün avtobus marşrutlarında aktivləşdirilib - DETALLAR  |     12:48 Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi  |     12:33 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:33 Çatbotlardan müntəzəm istifadə psixoza səbəb olur - XƏBƏRDARLIQ  |     12:25 Soyuqdəymə və qripdən qısa zamanda sağalmağın üsulu  |     12:10 Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - Video  |     12:08 Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq (Video)  |     12:03 Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü  |     11:51 Şuşada vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar (Video)  |     11:47 Səhiyyə Nazirliyi nəzdində yeni mərkəz yaradılıb  |     11:22 KİV: Zelenski ilə Putin son beş ildə ilk dəfə zəngləşə bilərlər  |     11:17 Günəşdə güclü partlayışlar olub  |     22:55 Bir zamanlar “Ferrari” ölkəsi olan Nauru indi pasport satır  |     22:52 Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər  |     22:41 Putin: Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq - YENİLƏNİB  |    
Left Banner
Right Banner

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

29.12.2025 12:53 120
Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq".

Bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Bəs, özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?

V.Bayramov qeyd edib ki, məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur:

"Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat - 200 manat x 3 faiz).

Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat - 800 manat x 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur.

Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada "Müharibə veteranı" adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni, gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat - 400 manat x 3 faiz) vergi ödəyəcəklər".

"Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlar ilə yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı", - deputat qeyd edib.скачать dle 11.3