Mojo.az Banner
SON DƏQİQƏ
18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra

01.11.2018 16:40 2 143
Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra
İşləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.

Bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov gəlir vergiləri üzrə təklif edilən güzəştlərin kimlərə və necə tətbiq olunacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib.



Ekspert qeyd edib ki, təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək: "Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu, o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək".



V.Bayramov işçilər üçün xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydaların nəyi əhatə edəcəyinə də toxunub: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl aylarda və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa, xidməti müqavilə ilə çalışanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir".//milli.azскачать dle 11.3

Son xəbərlər