Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Muzdlu işçilər yanvarın 1-dən gəlir vergisindən azad olunur

21.12.2018 15:46 6 627
Muzdlu işçilər yanvarın 1-dən gəlir vergisindən azad olunur
Azərbaycanda 1 yanvar 2019-cu ildən etibarən Vergi məcəlləsinə edilən yeni düzəlişlər qüvvəyə minir.

Belə ki, 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycanda özəl sektorda (neft-qaz sektoru istisna olunmaqla) çalışan muzdlu işçilər yeddi il müddətinə gəlir vergisi ödəməkdən azad olunurlar.

Bu, Azərbaycanın prezidenti İlham Əliyevin təsdiqi əsasında vergi məcəlləsinə edilən düzəlişlərdə nəzərdə tutulur.

1 yanvar 2019-cu ildən etibarən yeddi il müddətinə qeyri-neft-qaz və fərdi sektorlarda çalışan muzdlu işçilərin əməkhaqlarından gəlir vergisinə 100 faiz güzəşt edilməsi planlaşdırılır.

Vergidən azad olunma aylıq gəliri səkkiz min manat olanlara şamil edilir. Əgər aylıq gəlir səkkiz min manatdan çox olarsa, gəlir vergisinin həcmi 14 faiz təşkil edəcək.

Hazırda aylıq gəlir 2500 manata qədər olduğu halda, gəlir vergisinin həcmi 14 faiz təşkil edir. 2500 manatdan yüksək olan gəlir üçün isə vergi həcmi 25 faiz + 350 manatdır.

Qeyd edək ki, Vergi məcəlləsinə edilən dəyişikliklər yeni güzəştləri və vergidən azad olunmaları nəzərdə tutur. Bundan əlavə, vergi bazasının genişləndirilməsi, yeni nəsil kassa aparatlarının tətbiqi, vergi idarəçiliyinin təkmilləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner