Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin”

17.09.2025 12:01 795
Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin”
Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi elə təbiq edilməlidir ki, “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

O xatırladıb ki, bu ilin sonunda fiziki şəxslərin gəlir vergisi üçün müəyyənlədirilmiş güzəştin müddəti başa çatır.

“7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Kifayət qədər fundamental dəstək idi. Xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib. Təklif edirəm ki, növbəti dövrdə fizki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artırlması həyata keçirilsin. Nisbətən aşağı vergi dərəcəsinin müəyyənləşdirlməsi özəl sektor üçün ciddi yük yaratmaya bilər, bu da, nəticə etibarı ilə özəl sektorda məşğulluğun rəsmiləşdirilməsinə, iqtisadiyyatın “ağardılması”na gətirib çıxaracaq”, – deyə deputat qeyd edib.скачать dle 11.3

Son xəbərlər