Mojo.az Banner
19:54 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib  |     19:33 Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs olunacaq  |     19:30 Afət Seyidzadəyə vəzifə verildi  |     19:28 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib  |     18:33 Şənbə günü 38 dərəcə isti olacaq  |     18:18 Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək  |     18:15 Birinci kurs tələbəsi vəfat etdi  |     18:13 Hava məkanında çox yüngül uçuş aparatları ilə bağlı hüquqi baza yaradılacaq  |     18:11 “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:55 "Porsche"nin satışları kəskin azaldı  |     17:46 Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA  |     17:42 Yasamalda oğurluq edən şəxs saxlanıldı  |     17:33 Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək  |     17:24 Bakıda 6 marşrutun hərəkət sxemi dəyişdirildi – SƏBƏB  |     17:19 Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olundu  |     17:12 "Ətin qiyməti qalxacaq" - VİDEO  |     17:07 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur  |     17:00 İsmayıllıda maşın ayını vurub öldürdü - VİDEO  |     16:54 Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Dövlət Miqrasiya Xidmətinin iki qurumunda nöqsanlar aşkarlandı

05.04.2025 15:06 1 173
Dövlət Miqrasiya Xidmətinin iki qurumunda nöqsanlar aşkarlandı
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmələr həyata keçiriblər.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.

Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.

Yevlax Rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.

Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.скачать dle 11.3
Mojo.az Banner