Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq

22.10.2026 11:38 357
Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq
Bakıda yaşayış binası inşa etmək istəyən sahibkar dələduzluğa məruz qalıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində baş verib. İş adamı Araz İsgəndərov Sulutəpədə torpaq sahəsi alıb və orada çoxmərtəbəli yaşayış binası inşa etdirmək istəyib. O, həmin binanın inşasına sərəncam almaq istəyərkən Ruslan Cabbari adlı şəxslə tanış olub. Ruslan ona yüksək rütbəli məmur tanışının olduğunu bildirib və bir milyon manat ödəməklə yaşayış binasının inşasına icazə ala biləcəyinə söz verib. Ruslan iş adamını inandırmaq üçün onun yanında "Süleyman" adlı şəxslə danışıb və məsələnin həll olunduğunu deyib. Araz İsgəndərov bu məbləğlə razılaşıb və Ruslana bir milyon manat verib.

Bir müddət Ruslan Araz İsgəndərovla mütəmadi olaraq əlaqə saxlayıb və onu yaxın vaxtlarda bina tikintisinə icazə alacağına inandırıb. Amma sonradan Ruslan məsələdən yayınmağa başlayıb, A.İsgəndərovun telefonlarına cavab verməyib. Təxminən 7 ay gözləyən iş adamı sonda aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruslan Cabbari saxlanılıb və istintaqa təhvil verilib. Məlum olub ki, Ruslan A.İsgəndərovdan aldığı bir milyon manatın çox hissəsini mərc oyunlarında uduzub.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib. Məhkəmə Ruslana Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək ona 3 il sınaq müddəti təyin edib.
//oxu.az

Son xəbərlər