Mojo.az Banner
23:01 Sumqayıtda beş min abonent SUSUZ QALACAQ  |     22:50 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO  |     22:45 Çörək bahalaşacaq? - Agentlikdən RƏSMİ açıqlama  |     22:43 Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM  |     22:40 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır  |     22:35 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI  |     22:33 Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ  |     22:31 Paşinyandan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə REAKSİYA - Video  |     22:08 Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI  |     22:04 Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş - FOTO (Yenilənib)  |     21:56 Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bəzi yollar bağlı olacaq  |     23:01 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır  |     22:57 Tələsiklik və diqqətsizlik: Piyadaları ölümə aparan vərdişlər - Psixoloq  |     22:51 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb  |     22:40 40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir  |     22:35 Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb - FOTO  |     22:29 Gömrükdə yeni qayda: FİN ləğv edilir, "ASAN İmza" gəlir - Nə dəyişəcək?  |     22:22 Bakıda mənzillərin qiymətləri yüksəldi (Video)  |     22:16 Paytaxtda yeni xəstəxana tikiləcək  |     22:08 Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır  |    
Left Banner
Right Banner

İmkanlı oğlanla sevgili olub evinə getdi, 340 min manatlıq seyfi oğurladı

02.10.2025 14:30 372
İmkanlı oğlanla sevgili olub evinə getdi, 340 min manatlıq seyfi oğurladı
Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb. Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib. O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.

Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki, Ruslanın atası Bakıdakı özəl klinikalardan birində ağır əməliyyata hazırlaşır. O, Ruslanla yenidən evlərində görüşüb və əməliyyatın vaxtını öyrənib. Həmin vaxt Şəbnəm Ruslangildə olarkən evin ehtiyat açarını götürüb.

Ruslan ailəsi ilə birlikdə atasını klinikaya əməliyyata aparıb. Həmin vaxt fürsətdən istifadə edən Şəbnəm əmisi oğlu, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanovla əlaqə yaradaraq tanışının evində bahalı seyfin olduğunu deyib və seyfi oğurlamaq üçün ondan kömək istəyib.

Qadın əmisi oğlu ilə birlikdə evə gedib və yataq otağındakı seyfi oğurlayıb. Şəbnəm seyfdəki 340 min manatın müəyyən hissəni Qurbana verib. Qalan pulla o özünə maşın alıb, bacısına gözəllik salonu açıb.

Atası əməliyyatdan çıxandan sonra Ruslan qardaşı ilə evə gələrək, evdən əməliyyatın pulunu götürüb klinikaya qayıtmaq istəyib. Evə daxil olan Ruslan seyfin oğurlandığını görüb.

Dərhal polis əməkdaşlarına məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ş.Hüseynova və əmisi oğlu Q.Sultanov saxlanılıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynova və Q.Sultanovun hər biri 5 il müddətə azadlıqdan məhrum edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner