Mojo.az Banner
19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkar edildi

20.09.2021 23:12 855
Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkar edildi
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanası, Cərimə Təcridxanası, rejim korpuslarına, kitabxana, istirahət otağı, Tibbi Sanitar Hissəyə, uzun müddətli və qısa müddətli görüş otaqlarına, mətbəxə baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilmiş yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yararsız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.

Daxil olmuş müraciətlər yerində araşdırılıb, hər bir müraciət üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub. Təqsirləndirilən şəxslər və məhkumlar müraciətlərinin araşdırılmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanma şəraiti və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.скачать dle 11.3
Mojo.az Banner