2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər kameralardakı şəraitdən narazılıq ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:10 Dərslər Formula 1-ə görə gec başlayacaq? - Açıqlama  |     15:07 Leyla Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR  |     15:03 Telefon oğruları tutuldu  |     14:59 DİN-dən ƏMƏLİYYAT: "Kriti Vüsal" SAXLANILDI - FOTO  |     14:43 Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi  |     14:18 Arzu Əliyeva Tiencin şəhərindən paylaşım edib - FOTO  |     14:16 AYNA: "Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur"  |     14:12 Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs HƏBS EDİLDİ  |     13:04 Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu  |     13:03 Nehrəmdə enerji verilişində dörd gün fasilə yaranacaq  |     13:02 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:59 III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib  |     12:59 Tovuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb  |     12:57 Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək  |     12:56 Prezident təqaüdünün məbləği sentyabrın 1-dən ARTIRILDI  |     12:53 Ərdoğanla Paşinyan arasında baş tutan görüşün bəzi detalları məlum olub (Yenilənib)  |     12:50 Tələbələrə ŞAD XƏBƏR - Bu gündən təqaüdlərin məbləği ARTIRILDI  |     12:48 Yanğınsöndürən balonunda ölkəyə narkotik vasitə keçirmək istədilər  |     12:44 Balakəndə polis dağlarda əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu - Video  |     12:40 Güclü geomaqnit qasırğası Yerə yaxınlaşır  |    

2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər kameralardakı şəraitdən narazılıq ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpusuna və kameralara, cərimə təcridxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına, istintaq və vəkil otaqlarına, digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti və müraciətləri araşdırılıb. Qəbul olunanlar daha çox kameralardakı şərait və sıxlıqdan, yataq dəstlərinin yararsız olmasından, bəziləri isə tibbi yardım və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Eyni zamanda, müəssisənin və tibbi-sanitar hissənin müvafiq qeydiyyat jurnallarında, vəkil və telefon danışığı otağında nöqsanlar, habelə istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq psixoloji yardım kabinetinin olmaması müəyyən edilib.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər yerində araşdırılıb, istintaqla bağlı məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, müraciətlərin göndərilməsi və sənədləşmə ilə əlaqədar müəyyən edilən nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 162 03.09.20 17:33