Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Milli Preventiv Qrup Şəkidəki təcridxanada nöqsanlar aşkarladı - RƏSMİ

11.09.2020 16:31 1 456
Milli Preventiv Qrup Şəkidəki təcridxanada nöqsanlar aşkarladı - RƏSMİ
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatının məlumatında bildirilib.

Başçəkmə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Ombudsman haqqında” Konstitusiya qanunu əsasında təşkil olunub.

Başçəkmə çərçivəsində saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanasına baxış keçirilib. Bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlıq olduğu, yetkinlik yaşına çatmayan şəxsin Daxili İntizam Qaydalarına zidd olaraq yetkinlik yaşına çatmış şəxslərlə bir kamerada saxlanıldığı, kameralarda və cərimə otaqlarında yataq dəstlərinin çirkli və bir hissəsinin isə yararsız olduğu müəyyən edilib.

Daxil olan müraciətlər araşdırılıb, hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi və müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Son xəbərlər