Mojo.az — elanlar
Son Xəbərlər
13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı

22.10.2026 11:50 138
Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı
Oğurluqda təqsirləndirilən Şəadət Teymurovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayәti tәmin edilib, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü dәyişdirilib. Tәqsirlәndirilәn şәxsin әmәli Cinayәt Mәcәllәsinin 177.3.2-ci maddәsindәn 177.2.3 vә 177.2.4-cü maddәsinә tövsif olunub. Şəadət Teymurova 4 il müddәtinә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.

İttihama görə, hadisə 2025-ci il saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 9 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Belə ki, Şəadət Teymurov tamah məqsədilə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib və binanın zirzəmisində yerləşən, saxlanc yeri kimi istifadə olunan sahəyə qanunsuz daxil olub. O, zirzəmidə tapdığı dəmir parçasından istifadə edərək saxlanc yerinin divarını dağıdıb. Daha sonra içəri daxil olaraq rəfin üzərindəki çantanın içərisində saxlanılan - zərərçəkmiş Səbinə Ələkbərzadəyə (adı, soyadı şərtidir) məxsus qızıl-zinət əşyalarını götürüb.

Oğurlanan əşyalar arasında müxtəlif əyyarlı qızıldan hazırlanmış üzük, sırğa, boyunbağı, qolbaq və kulonlar olub. Əşyaların bir qismi brilliant və digər rəngli qaşlarla bəzədilib, onların arasında Türkiyə, İran və sovet istehsalı zinət əşyaları da yer alıb.

İş üzrə ittihamda qeyd olunub ki, oğurlanan əşyaların ümumi dəyəri 54 120 manat təşkil edib.

Beləliklə, Şəadət Teymurov zərərçəkmiş Səbinə Ələkbərzadəyə külli miqdarda maddi ziyan vurub.

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəadət Teymurova 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Son xəbərlər