Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır

22.10.2026 11:26 225
Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır
Avropanın bir sıra ölkələrində dövlət qurumları, universitetlər, xəstəxanalar və digər təşkilatlar mümkün kiberhücumların qarşısını almaq məqsədilə PHP proqramlaşdırma dilində işləyən saytlarını müvəqqəti olaraq bağlayıb və ya onların fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Finlandiya hökuməti ehtiyat tədbiri olaraq bütün ictimai internet xidmətlərini dayandırıb. Almaniya və Avstriyada isə Vyana və Frayburq universitetlərinin saytları əlçatmaz olub. Almaniyada Berlinin "Charité" xəstəxanası, universitetlər və müxtəlif dövlət qurumları da internet resurslarını bağlayıblar.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi PHP ilə işləyən sistemlərin yoxlanılmasını və təhlükəsizlik yeniləmələrinin dərhal tətbiqini tövsiyə edib. Bu mümkün olmadıqda isə həmin sistemlərin söndürülməsi məsləhət görülüb.

Belçikanın Xarici İşlər Nazirliyi də mümkün kiberhücumlarla bağlı xəbərdarlıqlardan sonra saytlarını müvəqqəti olaraq bağlayıb.

Niderlandda isə dövlət qurumlarına, təhsil müəssisələrinə və şirkətlərə məxsus çoxsaylı saytlar əlçatmaz olub. Bağlanan resurslar arasında ölkə parlamentinin aşağı palatasının saytı, universitetlərin və elmi təşkilatların rəqəmsal platformaları da yer alıb.

Son xəbərlər