Mojo.az Banner
SON DƏQİQƏ
14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman Aparatının nümayəndələri polis idarəsində çatışmazlıqlar aşkarlayıb

04.05.2018 12:36 2 068
Ombudsman Aparatının nümayəndələri polis idarəsində çatışmazlıqlar aşkarlayıb
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, habelə həmin RPİ-nin 19 və 22-ci polis şöbələrinə və 20 və 21-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkib.

Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, bütün kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

MSY-də saxlanılan inzibati həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib və müraciətlər dinlənilib.

Qəbul edilmiş bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

Yekunda müəssisə rəhbərliyi ilə sənədləşmənin və saxlanma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericilik əsasında əməkdaşlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, müvafiq tövsiyələr verilib.

Nəsimi RPİ-nin 19 və 22-ci polis şöbələrinə və 20 və 21-ci polis bölmələrinə də keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxs olmayıb, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun müddəaları əsasında məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.скачать dle 11.3

Son xəbərlər