Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı |
Mojo.az Avto
Mojo.az Avto

Xüsusi təyinatlılar təlimdə: Şərti düşmənin ehtiyatları pusqular qurularaq məhv edildi - VİDEO

09.03.2024 15:11 1 968
Xüsusi təyinatlılar təlimdə: Şərti düşmənin ehtiyatları pusqular qurularaq məhv edildi - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.
Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.

Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks etdirməsinə köməklik göstərilib.

Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.

Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv ediblər.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin simulyasiya mərkəzində komandir və qərargahların yaranmış şəraitə uyğun qərarları dinlənildikdən sonra ikitərəfli təlimə onlayn rejimdə start verilib.

Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, mövcud problemlərin həlli istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Son xəbərlər