Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“PubG” oyununa görə gənci bıçaqlayan şəxs hökmdən narazıdır

26.02.2024 14:02 2 664
“PubG” oyununa görə gənci bıçaqlayan şəxs hökmdən narazıdır
Qəsdən sağlamlığa ağır zərər vurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 27-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 25 dekabr 2021-ci il tarixində, saat 02:40 radələrində ticarət köşkünə gizlin daxil olaraq, oradan 3250 manatlıq oğurluq edib.

Onun digər cinayət əməli isə 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında qeydə alınıb.

Belə ki, İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb. Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisə “PubG” oyunu üstündə baş verib.

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.скачать dle 11.3
Mojo.az Banner