Mojo.az Banner
12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

11.12.2023 11:54 1 452
Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi
Gəncədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Rüfət Həsənzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Gəncə şəhərində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Belə ki, yerli polis şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədovla mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.скачать dle 11.3
Mojo.az Banner