Mojo.az Banner
12:48 Sabah hava necə olacaq?  |     12:43 Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı  |     12:30 Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib  |     12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |     12:22 Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir (Yenilənib)  |     12:16 Azərbaycan neftinin qiyməti 95 dolları keçib  |     12:15 Lənkəranda avtomobil dərəyə aşdı, ölən var  |     12:13 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək  |     12:11 Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI  |     12:08 Fransada itkin düşən məşhur tiktokerin meyiti tapılıb  |     12:08 Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi  |     12:03 Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır  |     11:51 Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA  |     11:48 Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir  |     11:41 Qalmaqallı kollec direktoru İŞDƏN ÇIXARILDI  |     11:37 İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır  |     11:11 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı  |     11:05 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib - DTX-dən xüsusi əməliyyat  |     23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |    
Left Banner
Right Banner

Bakıda 40 minlik "Rolex"i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş (VİDEO)

05.02.2024 20:59 1 467
Bakıda 40 minlik
Bakıda 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.

Hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib.

O, aviasiya üzrə ali təhsil alıb. Subay olub.

Hafiz Qocayev 1989-cu ildə "Vasmoy bazarı"nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

Bir neçə il əvvəl ARB TV-nin "Rezonans" proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.
//qaynarinfo
скачать dle 11.3
Mojo.az Banner